O qıza bax! Bir azdan uçacaq-Lələkləyir qolları,Ləçəkləyir yaxası,Yarpaq altda gizlənənAlma, heyva qoxusuUçan tellərinin qoxusu.

Bax, baxBir az, bir az qalxır qanadları,uça bilmir ancaq,hələ göyüzünə baxır qanadları,hələ dünyadan,hələ göyüzündənqorxur, qorxur qanadları.

O ürəyi qönçə qıza bax!Özü də bilmir niyəgülləri bir-bir əyir üzünə.Əydikcə güllərin nəfəsisevginin nəfəsitək dəyir üzünə.

O qanadlı, o qönçə qıza bax!Gözünün işığıyla,Gülən üzünün batığı,darağı, sancağıylanecə xoşbəxt olmaq istəyir, Allah!

O qıza bax, Tanrısı!nolar, onu da sal yada,Heç olmasa bir gözəlixoşbəxt elə bu dünyada.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets