Bir çay yuxarı, bir çay aşağı,bir göy yuxarı, bir göy aşağı,başsız atlıları aldada-aldadaalıb aparır ay işığı.

Yuxulu yolların yalmanlarınayerdə qaça-qaça,göydə uça-uça yatar o atlar,içi ulduz dolu göy faytonutəkgöyü yerə sarı dartar o atlar.

Göy yaxınlaşdıqca hər gün, hər gecəbir azca, bir azcadünyanın işığı artar beləcə,beləcə gecələr dönər gündüzə,beləcə bir gün dəbütün görünməzlər görünər gözə....bir başsız atlının çiyninin üstdəcücərən yamyaşıl başını görcəkbir cüt ağ göyərçin tanıyar onuçoxdan itkin düşmüş qardaşlarıtək:– Min ildi, milyon ildibacıların uçur havana, qardaş,Tanrının əli də çiynində yenə,hayana gedirsən, divanə qardaş.– Gedirəm bir bulağabir cüt yaşıl göz olmağabir cüt yaşıl daş olmağa,bir cüt bacı göyərçinəyaşılbaş qardaş olmağa.1977...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets