Tanrının səsi
Qoşulub dağlara oxuyurdu o,dağlar ulduzları eşidirdi ancaq,qoşulub ulduzlara oxuyurdu o,ulduzlar göyüzünün sonsuzluğunueşidirdi ancaq,qoşulub sonsuzluğa oxuyurdu o,SonsuzluqTanrının səsini eşidirdi ancaq,Özü də bilmədənQoşulub Tanrıya oxuyurdu o,Özü eşidirdi özünün səsini,Tanrının səsi bilirdi ancaq.
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-bayatli-oder-tanrinin-sesi
Use ← → keys to move, R for a random poem
More by this author
Tanrım, əsirlikdə başları kəsilən şəhidlərimizin son baxışlarıyla göyüzünün hərəkətini onların son anda gözlərini zillədikləri yerdəcə durdurdun, beləcə, zamanı da dayandırdın. Bu dünyada daha heç kəs qocalmır. Şəhid anaları da elə həmin andakı şəkillərindəcə qalıblar, saçlarında bircəcə dən də artmayıb, çünki şəhidlərimiz gözlərini göyüzünə zilləyib göyüzünün hərəkətini, həm də zamanı dayandırmaqla anaların saçlarını ağarmaqdan, üzlərini qırışmaqdan qorudular. Yoxsa anlar axıb getdikcə, analar da axıb gedəcəkdi, saçları ağlarda, üzləri qırışlarda itəcəkdi və mənim başım da hər an yenidən kəsiləcəkdi, elə kəsilən kimi də boynum dünyanın ən iri gözünə, o gözdən axan çay isə dünyanın ən iri çayına, dənizinə çevriləcəkdi.– Canımın harasındasa,
Vətən, odundan doymadımDünyanın ən usta tərcüməçilərindən Natiq Səfərovu yanğından xilas edərkən yanmış Natiq Səfərovun xatirəsinə*Bir yol da demədin «Vətən»,
Dünya tarixinin çox qəddar və cılız göründüyü anSon 70-80 ildə yaxından gördüyüm, tanıdığım, əsl həqiqətlərini eşitdiyim böyük və ya dahi adlandırılan adamların əslində, nə boyda olduqlarını düşündükcə dünya tarixinin çox böyük şəxsiyyətləri, hətta dünya tarixinin özü mənə şox cılız, uydurulmuş və qəddar görünür. Bir sözlə, tarix çox əclaf şeydir.Mən bu sözləri, ölümündən bir neçə il keçsə də, yalnız Natiq Səfərov üçün, onun oxumasından ötrü yazıram, çünki elə bil onun belə bir istəyini hiss eləmiş kimiyəm.
Ölümsüz bir İlahi yoluDünyanın ən böyük dilçilərindən Aydını xatırlarkən və indi bulunduğu yerdə sevgilər içində olduğunu duyarkən*Bir baş daşı ardında olsaydın nə
Poems by other poets · Divine love
Bir az əvvəl sağa-sola uça-uça fırlanan,Parça-parça qarlar indi yavaş-yavaş düşüyor.
QəzəllərMərhəmət etsən əgər varmı qüsuri bir gör,Xaliqin əmr eyləyib bən deyürəm rəhm eylə!
Bayrağım enərkənSən, Bayrağım! Yüksək şanlarınla enərkənMavi göyə bir duman gəldiyini gördüm bən.
MənəmDüşmüşəm qəm dəryasına ummanda üzən mənəm,Röyada çərxi aləmi dövr edib gəzən mənəm.