Dünyanın ən güclü adamıola da bilmərəm, olmaq da istəmirəm,çünki canımdakı dünyanın ən zəif adamıdözəmmir həttakimsə üfürüb söndürəndə,üfürüb öldürəndə bir şamı.

Dünyanın ən varlı adamıola da bilmərəm, olmaq da istəmirəm,mənimçün ən böyük dünya varı-qanadları hər an uçmağa,qolları hər an həm döyüşə,həm də qucmağa açıqüzü-gözü gülən bir alaçıq.

Mən səni dünyada hamıdan çoxsevə də bilmərəm, sevmək də istəmirəm,çünki ancaq sevmədən sevənlər,sevgidən ölmədən ölənlərhamıdan çox sevərlər,hamıdan çox ölərlər.

Mən hamıdan gücsüz,hamıdan cansız olmaq istəyirəm,dünyanın o ən gücsüz,ən cansız cannın bütün canıylasevmək istəyirəm səni,sevmək istəyirəm Tanrı qələmiyləadımız yan-yana yazılantək,balaca bir quşöz balaca yuvasınınküncünə qısılantək.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets