Min il həbsdə unudulan, min il qolları nazilən uşaq
Dünyadan qovduqlarını,üzü ağ, qara, sarı,Tanrım, Tanrım, hamısınıitələ mənə sarı.
Tanrım, adamlar nə sevə,nə də ağlaya bilirlər,yenə eşq ver, can ver yenəhamını qucaqlamağa,hamının göz yaşını dacanından al, ver mənəgöz yaşların ağrıtmadanhamıyçün ağlamağa.
Ver bütün qəmləri dəcanımda qəmdən min dəniz,başımda göz yaşlarındanüst-üstə min tac elə,ver, ver bütün qəmləri –son qəmi güldürənəcənməni qəmə möhtac elə.
Bu Dünyadan itələnənən qəddar qatilləri dəitələ mənə sarı,hər qatildə bu dünyayahökm oxuyan bir hakim,hökm eləyən bir şah var,həm də, həm də bu dünyadanküsdürülmüş bir uşaq var.
Canlarını, qollarınılap ülgüc kimi itilə,o ən iti, o ən kəskino ən küskün uşaqlarıqatillərin canındanitələ mənə sarı.
Ən iti ülgüc mənimçüneşqdən uca eşq yoludu,min il həbsdə unudulan,min il də xilaskarınısevincindən buraxmadankəsə-kəsə qucub durançox nazik uşaq qoludu.
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-bayatli-oder-min-il-hebsde-unudulan-min-il-qollari-nazilen-usaq
Use ← → keys to move, R for a random poem
More by this author
Sovet dönəmində günahsız güllələnmə cəzası alanlara*Divarın qoynuna sığınan oğlan,
Şair və şərŞair dedi şagirdinə:– Şer deyilən bir dinə
Ölümün ləzzətli vaxtıXeyri yox, ha küs, ha inci,daha səni adam saymır
PeyğəmbərlərNə dünən, nə bu gün, nə sabah?!Hər an, hər an
Poems by other poets
Fələk heç kimsəni, yarəb, nigəran eyləməsin,Heç kimi mayili-bir sərvi-rəvan eyləməsin,
Bir səs gəlir uzaqdanBir səs gəlir uzaqdan, o yarmı gəldi dilə,Bir xəbərmi yollandı bu yaralı bülbülə?
Namidarıdı1-ci variant**Bir pərzad görmüşəm sizin ellərdə,
GörəndəKönlüm tutulur hali-müsəlmanı görəndəBu növ övzai-pərişanı görəndə