Sovet dönəmində günahsız güllələnmə cəzası alanlara

Divarın qoynuna sığınan oğlan,dua edən çoxdu, Allahsa təkdi,dua etmə daha, dua oxuma,bu dualara da kömək gərəkdi,

uçub getmir daha, gücləri çatmır,elə buralarda qalır dualar,çatsa da göylərə, göylər aparmır,Allaha çatmadan ölür dualar.

Divarın qoynuna sığınan oğlan,bir anda sıçradın, elə o andadivarın qoynunda görünməz oldun,bircə təsəllin var, elə o anda

elə göyüzündən səni görməyəən iti, ən nurlu gözlər gələcək,güllənin tətiyi o baxan anda,onun baxmağıyla bir çəkiləcək.

Dünyadan genimiş divarın qoynu,divarın qoynuna sığınan oğlan,divarın qoynunda min illər qaçıbAllahın qoluna yıxılan oğlan,Sən indi sönürsən, sönən ocaqsan,sən artıq tüstüsən, uçub gedirsən,çatıb ilk mələyə anlayacaqsan,sən çoxdan yoxmuşsan, çoxdan yoxmuşsan,yoxmuş üzün, gözün, əzabın, ahın,sən ancaq ən dümdüz, ən ağ, ən tənhatüstüsü olmusan bir vaxt Allahın.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love