Şair dedi şagirdinə:– Şer deyilən bir dinəinan ancaq,həm də bil ən gözəl şerisən yox, Allah yazacaq.

Sonra lap yavaşca yenəsöylədi şagirdinə:– Xəbəri olmur şairin,Allahın əli dəyirşairin hər şerinə.

Sonra baxıb min bir yanadedi şagirdinə yenə:– Soruşdun, bildin hər şeyi,yeri, göyü, şeri,soruşa bilərsən indibəs kim yaradıb şəri?!

Şəri kimin yaratdığınbilə bilmədi şagirdiyerdəkilər yeraltına,göydəkilər göyüzünəgeri çağırdı şairi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets