Azərbaycanı babəkləşdirməyə cəhd edən Ənvər Məmmədxanlıya

Əsil döyüşçüyə səngəri qəfəs!Düşmən səngərin al, sarı yarama,döyüş o səngərdə döyüşdü ancaq,gedib qayıtmasa aldığım nəfəsnəfəsi ölümdən geri almağaölümün üstünə yürüşdü ancaq.

Qılınc gülümsəsə, təndə can gülsə,əsir torpaqları alıb durmasaq,heç bir Türkün gözü bağlana bilməz,düşmən yuxusuna yurdumuz girsə,o an duyuq düşüb onu vurmasaqdüşmən zamanında haqlana bilməz.

Həfəsi doğmalar, səsi doğmalarheç vaxt deyilməyən nəğmələr deyibheç vaxt alınmayan yurtlar aldırar,qanadlı nəğmələr, atlı nəğmələrölən əskəri də ata qaldırar,ölən atları da qanadlandırar.

Ölüm də bir uçuş, əvvəlcə yerə,sonra yer altına, sonra göylərə.Ölüm – həm də yürüş hər Türk oğluna!– Öldün, Türk?! Qalx, göyünboş qalan andı,Onsuz da yer Sənin! Qalx Göy uğruna!Türkün Göy yürüşü başlanan andı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Death