Hər gün bir sevdaya düşüb inləyənbu dəli könlümə yanıram, dostlar.Bir də sevda nədi, bilməyəcəyəm,Bir də bir kimsəni sevməyəcəyəm.

Bir də bu dünyada eşqdən yazmağa,Sevgidən azmağa daha halım yox.Bu xan oğlanlara, xanım qızlaraQara sevda nədi, bir sualım yox...

Getdi gözlərimdən bir dəvə kini,Getdi qollarımdan küçə davası.Bahar ağaclardan çəkilən kimiÇəkildi başımdan sevgi havası.

Könlüm dəliliyi unutdu çoxdan,Axır ki, ağlımın səsinə uydum.Qonur gözlərimdə yorğunluq haqdan,doydum küçələrdən, yollardan doydum.

Bir də sevda nədi bilməyəcəyəm,Bir də bir kimsəni sevməyəcəyəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Yerüzündən Kainata top, tank nəriltiləri

Yerüzündən Kainata top, tank nəriltiləri, mərmi, mina, bomba gurultuları ucalmaqdadır. Onların altında səssiz minalar: – «De məni sevirsən», – «Mən səni cocuqtək sevirəm», «yenə de», – «mən səni cocuq anasına qısılıb anasının qucağında itəntək sevirəm», – «Yenə, yenə de» – «Mən sənin qoynuna qısılıb qoynunda, boynuna dolanıb boynunda, ulduzuna, ayına, dolanıb ulduzunda, ayında itmək istəyirəm» – «yenə, yenə de!»Ehey! Kainatın o başındakılar! Gurultunuzu da, nəriltinizi də eşidirəm. Deyəsən, məni sevdiyinizi qışqırırsınız, mən də, mən də sizi sevirəm. Sizi sevirəm, sizə sarı uçuram, sizə sarı uçuram.

1 min
Tanrım, bütün kainatda hamını hamıya sevdir

Tanrım, bütün kainatda hamını hamıya sevdir, həm də hamı hamını sevdirsin, hamı bu dünyaya sevgi yuvasına girəntək girsin, üzü heç gülməyənlərin də üzü gülsün, ən çox sevdirənlər ən çox sevilənlərdən olsun, İlahi.Tanrım, hamını ilkin yaratdığıntək

1 min
Allaha

Vətənə – ancaq Ruhdan Bədənə,düşmən oxun haqlamağa

1 min
Boş görünən bu yer əslində, boş deyil

Boş görünən bu yer əslində, boş deyil, gündüz görünməyən ulduzlarla dolu göyüzü kimidir – Allahın qəlbindəki hələ gəlib bizə çatmamış İlahi Sözün – İlahi Şeirin varlığına kiçicik bir işarədir.O Sözün – Şeirin varlığını duymadan səhifəni çevirsək də çevirməmiş kimi olacağıq.

1 min

Poems by other poets · Love