Boş görünən bu yer əslində, boş deyil
Boş görünən bu yer əslində, boş deyil, gündüz görünməyən ulduzlarla dolu göyüzü kimidir – Allahın qəlbindəki hələ gəlib bizə çatmamış İlahi Sözün – İlahi Şeirin varlığına kiçicik bir işarədir.
O Sözün – Şeirin varlığını duymadan səhifəni çevirsək də çevirməmiş kimi olacağıq.
Xoş gəlmisiniz! Lütfən, ayaqyalın keçin, göyüzündə hər an üzü Tanrıya doğru ayaqyalın yüyürün, yüyürürkən körpələşən, cocuqlaşan, hər ulduzla öpülən ayaqlarınız, üzü Tanrıya açılan bütün çiçəklərtək göyüzünə açılan əlləriniz, hər an Allaha «Can!» deyən canınız yupyumru bir duayla,
yupyumru bir göylə,
Yupyumru, mübarək bir eşq ilə
qanadlanacaq.
Qapını çırpıb gedəniniz də olacaq, çırpdığı qapının səsinə canında yatmış qanadı ayılanınız da. Yerüzünün, bütün Kainatın tək İbadət yeri–göyün ən uca nöqtəsi olduğunu duyanınız da.
Gedənlərə sevgilər,
qalanlara hər an üzü Tanrıya doğru sonsuz uçuşlar!
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-bayatli-oder-bos-gorunen-bu-yer-eslinde-bos-deyil
Use ← → keys to move, R for a random poem
More by this author
Hər gün neçə-neçə lələyi qanada çevirib dünyaya uçurdan Fikriyyə – Aşkiyyə xanıma*– Səs salma, ay qağayı!
Ancaq Tanrı uça bilən təzə göy açar hər təzə çatGörürəm, Tanrım, yenədünya dönür öz üzünə,
Başqa yerə ərə getmək istəməyən tərs, tənha, sultan bacılarHər il göyüzünün axan yerində,göyün yaşıla dönənində,
Tanrının səsiQoşulub dağlara oxuyurdu o,dağlar ulduzları eşidirdi ancaq,
Poems by other poets · Love
Yer var ki, yol düşüb, karvan işləməz,Dost dərməz güllərin, ay gözəl-gözəl.
Ey nəşi qalan yerdə, keçən başı eidayəEy nəşi qalan yerdə, keçən başı cidayə,Dur rəhm elə bu əlsiz-əyaqsız üsərayə.
MəhəbbətBahar gələndə dağlara həyat gələr,Çöllərdə lalə bitər, çəməndə nilufər,
آن زلف شکسته را ز رخ، یک سو زنبر هر دو طرف مزن تو بر، یک سوزن