Hər gün neçə-neçə lələyi qanada çevirib dünyaya uçurdan Fikriyyə – Aşkiyyə xanıma

– Səs salma, ay qağayı!Bax! Bax! Dağ yatır, düz yatır,dalğa yatır, dəniz yatır,balıq yatır, yosun yatır,hərə öz yuxusun yatır,kim özünə çəkə-çəkəqucaqlayıb dizin yatır,kim atıb əl-ayağınıözündən enli, yekə,özündən uzun yatır.

– Körpələr tapşırıb mənə,körpə balıqlar, yosunlar,ləpələr tapşırıb mənəoxşayıb oyadam gərəkonları bir-bir, tək-tək,oxşayıb oyadam gərəkyatıb qalan bələkləri,gözü yumuq qanadları,gözü yumuq lələkləri.

– Axşam oldu, ay qağayı,bəs indi niyə beləSəsin tutub yeri, göyü?!

– Ulduzlar tapşırıb mənə,axşam oyadıb onlarıtez göndərim göyüzünə,

ay özü tapşırıb mənə,oxşayıb oyadam gərəkay işığından qurulanneçə sevgi qəsrini,neçə eşq qalasını,bir-birinə qanad açıbilk qanad andı içənneçə aslan balasını,neçə dovşan balasını.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets