Görürəm, Tanrım, yenədünya dönür öz üzünə,gedir, gedir həm səninlə,həm də sənsiz, öz-özünə.

Hamı qəmin göndərir sənə,dərtlər, qəmlər səni üzür,adamlar bir yana, səndənxəncərlər, oxlar da küsür.

Hə tez duydun məni, Tanrım,yenə mənə pay verdiyin,yenə sinəmə sancdığın,canımdan boyuna boy,göyünə də göy açdığınbu iki oxu da yenəson göyünəcən uçmağaiki lələktək verdin mənə.

Payın çatanda sinəməbircə an «Tanrım» – deməyəən gözəl söz verdin mənə,bir an açılıb qapanan,o an ancaq səni görəniki kor yara, –iki kor göz verdin mənə.

Göztək açılıb qapananÜrəyimdəki çatlardan dasəni görməkçün bir dahabir min il də, milyon il də

ürəyimin divarlarıyetər mənə, çatar mənə.

Hər çat məndə budaqlayar,canımdan sənə pay açar,göyüzündən də o yanasənin sonsuz sükutunaancaq Tanrı uça biləntəzə yol açar, göy açar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love