Yerüzündən Kainata top, tank nəriltiləri
Yerüzündən Kainata top, tank nəriltiləri, mərmi, mina, bomba gurultuları ucalmaqdadır. Onların altında səssiz minalar: – «De məni sevirsən», – «Mən səni cocuqtək sevirəm», «yenə de», – «mən səni cocuq anasına qısılıb anasının qucağında itəntək sevirəm», – «Yenə, yenə de» – «Mən sənin qoynuna qısılıb qoynunda, boynuna dolanıb boynunda, ulduzuna, ayına, dolanıb ulduzunda, ayında itmək istəyirəm» – «yenə, yenə de!»
Ehey! Kainatın o başındakılar! Gurultunuzu da, nəriltinizi də eşidirəm. Deyəsən, məni sevdiyinizi qışqırırsınız, mən də, mən də sizi sevirəm. Sizi sevirəm, sizə sarı uçuram, sizə sarı uçuram.
Kainatın o başından bizə sarı uçan tənha varlıq.
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-bayatli-oder-yeruzunden-kainata-top-tank-neriltileri
Use ← → keys to move, R for a random poem
More by this author
Bu dünyadan arzularına çatmadan köçənlərin xatirəsinə*– Qarı nənə, qarı nənə,
Qardaşım torpaqUşaqlıq dostlarım Hüseynlə Mikayılın xatirəsinə*Bu bahar günü qorxum yox,
Tut dibi qarışqadı ac daşıyar toxuna, tox daşıyar acınaQara-qara quşlara,yazıq-yoluq quşlara
Tənha ulduz altındaBu gecə, bu gecəbu qara oğlanın, qəmli oğlanın