Tut dibi qarışqadı ac daşıyar toxuna, tox daşıyar acına
Qara-qara quşlara,yazıq-yoluq quşlaradəymə, dəymə-xoş getməz göyüzünə.Sədəf-sədəf, düymə-düyməbalıqlara dəymə, dəymə-xoş getməz dənizinə.
Qarğışdan, qara sözdən,pis üzdən, paxıl gözdən.göyüzündən, dənizdənanam sovur uşaqları,qovur, qovur uşaqları.
Göylərə qalxan deyiləm,dənizə baxan deyiləm.ağaca çıxan deyiləm-anam qoruyur məni,qovur, qovur uşaqları.
Tut dibi qarışqadı,ac daşıyır toxuna,tox daşıyır acına-tapdayarsan keçərsən,xoş getməz tut ağacına,
Tut dibi qarışqadı,ölüm hər qarışdadı,nə biləsən ki, anam,
bu dünyada gülən başqa,ağlayanlar başqadı.
Anam, mən xalıq deyiləm,dəryada balıq deyiləm,sizlərə layiq deyiləm-qoy oynasın uşaqlar.
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-bayatli-oder-tut-dibi-qarisqadi-ac-dasiyar-toxuna-tox-dasiyar
Use ← → keys to move, R for a random poem