Bir söyüd budağı sancından yerinin altına,qoy bitsin orda.Bir söyüd budağını da bərkidinAzdramada –teatr pərdəsinin üstünə,qoy bitsin ordabütün əclafların,bütün ölümlərin qəsdinə.

Bir söyüd qələməsini dəsancın Naxçıvanda –bir balaca arxın qırağına.Qalxsın o söyüd budaq-budaqyurdun qara buluduna.Ensin saçaq-saçaqyurdun qara torpağına.

Qalxsın o söyüdo torpaqdan qalxan

soyun qələbəsitək,qalxsın o söyüdo arxdan axansuyun qələbəsitək,dikəldin o arxı dabir soyun qələməsitək,axsın, qalxsın,qalxa-qalxa, sına-sınaTanrının göyüzündəki bağçasına.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland