Mən səni sevmirəm, səni sevmək azdı,mən səni pələng cəngəlliyə,cəngəllik pələngə yaraşantək,pələng cəngəlliyi,cəngəllik pələngi yaşadantəkyaşayıram, narım, gilənarım.

Sən baxma uzağa,gözlərin yorular,qoy mən baxım,sən qəm çəkmə, darıxma,qoy sənin əvəzinə dəmən qəm şəkim, darıxım.Sən heç sevmə də,sevgi sənə ağır olar,bir gün dünya qarışar, heç bilinməzsevən kim, sevməyən kim,onda hamı günahkar, hamı hakim.

Bu dünyada hər şey –bütün dağlar, düzlər, dərələr,bütün güllər, çiçəklər,ancaq məndən sonra biləcəklərbu dünyada necə seviblər,həm də bu qədər sevgiylədünyanı necə tərk ediblər,bu dünyanın göyüzündəki qapısını danecə sevgiylə qapayıb,üstünə eşq şəkli çəkib gediblər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love