Onun son dəfə baxdığıbir yarpaq göyüzünübir solğun ulduza büküb dəfn edək,onun son dəfə söykəndiyi qayın ağaclarınıqucaqlayıb qərib qardaştək dəfn edək.Dəfn edək hər insanıdoğulub ayaq açdığı yerdə,şəhidləri şəhid bayrağınıgöyüzünə sancdığı yerdə dəfn edək.

Göyüzündəki ən nurlu məzarın itkin adı –Məhəmməd Hadi,Şamaxının neçənci ocağındagöydən endiniz torpağa,ayaq səsinizəəbədi uyuyan Mirzə Ələkbərdiksinib qalxdımı ayağa?Yoxsa qıymayıb dostların yuxusuna,qarışıb yağan qarabarmaqlarınızın ucundacasəssizcə endiniz torpağa?!Amma Hadi əfəndi, göz yaşınınsəsiylə uyuyanlardostların göz yaşıtək səssiz yerişinə dəoyanar.

Nazim Hikmət əfəndi!Dəfn edək atom işığından ölən uşaqlarıulduzların dalınca qaçdığı yerdə.Dəfn edək hər şairiAllaha sarı qanad açdığı yerdə.

Ana ayaqlarının altıdıən gözəl Tanrı torpağı,çarmıxdan açaq İsanıdəfn edək Məryəmin ayaqları altında.

Təkcə dəfn etməyək günahlarımızı,Yaşayaq günahlarımıza baxa-baxa –kimimiz gülə-gülə,kimimiz dua edə-edə,kimimiz də oxuduğu duadan daqorxa-qorxa.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets