Ən uzaq ulduza sıçrayan yaralı ceyran
Hər şair elə bilirdünyanın son şerinio yazacaq, o ancaq,bu dünyada şer də, söz dəonunla qurtaracaq.
Bəlkə bundadı ləzzətielə şer yazmağın da,bu böyüklükdə dünyanı,bu balaca külünglə –bu qələmlə qazmağın da.
Mən də hər an bir daharuh kimi uçub Allaha,söz kimi görünüb gözə,yoxladım dünyanın sözə,sözün dünyaya tabını,beləcə batıb günahamən də, mən də yazıb getdimdünyanın son kitabını.
Elə dünyadan qurtarcaqanladım insan alnınatale, alın yazısı yox,şer yazır Allah ancaq,anladım bu dünyadaən son şer Tanrı şeri,ən son kitabTanrı kitabı olacaq.
Anladım, Tanrım, anladım,Alnımız sənin üçünŞerin ən gözəl görünən,ən gözəl yazılan yeri,qələmin quş kimi süzən,min naz ilə gəzən yeri,xəttin eşqdən süzülən,eşqdən nazilən yeri.
Anladım biz hamımızbir tək ələ,bir tək qələmə tabeyik,Bütün alınlar yan-yanaAllahın şer kitabıyıq.
Hər şairin şeri dəTanrı şeri içindəyazı içində yazı,can içində can kimi,qəfil güllədən sıçrayıbən uzaq ulduza qonanyaralı ceyran kimi.
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-bayatli-oder-en-uzaq-ulduza-sicrayan-yarali-ceyran
Use ← → keys to move, R for a random poem
More by this author
Bir gecəyarıyolda getdiyin yerdə
Qonşu toyuna on hasar o yana oynayan uşaqQonşu toyunaon hasar o yana
İndən belə ağlama, uçDahilik ruhi hadisədir, ağıldan yox, ruhdan gəlir. İlahi hamını dahi yaradır. Milyonlar Allahın onları nə üçün yaratdığını duymur. Dahilər Allahın onları nə üçün yaratdığını duyanlar, İlahinin onlarçün ayırdığı İlahi yolu tapıb gedənlərdir.Heç olmasa yaxşı insan ol.
Umudumun şəhəriGöyüzünün qatlarıynan,Başının bulutlarıynan,