Umudumun şəhəri
Göyüzünün qatlarıynan,Başının bulutlarıynan,Boşuna umutlarıynanÜstümə dağlar yüyürür.Dağlar, yıxaram sizi!
Dağlarda sular dirilir,Sular yüyürür, yüyürür.Bir burulğan dibindəMənim halım sorulur.Buruq-buruq gələn çaylar!Çaylar! Yıxaram sizi!
Tozu qarışıb dumanına,dumanı dolub başıma,bir az da gümanıma.Qıvrım-qıvrım gələn yollar,Yollar! Yıxaram sizi!
Dağın olum, daşın olum,umudumun şəhəri,baş qoyum küçənə,sərxoşun olum,baxım altdan– altdan ötüb keçənə.Mənim ol! Umudumun şəhəri!Yıxaram səni!
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-bayatli-oder-umudumun-seheri
Use ← → keys to move, R for a random poem
More by this author
Dünyada elə şeylər vargözlərini yumub görə bilərsən
Başqa bir dünyanın vağzalında görüşənədək, əlvidaBöyük şəhərlərin yanındaBaşqa bir şəhər kimidi təyyarə vağzalları.
Yanmayan iri gözlü şamBu burulğanlı gecənin dibiyləburula-burula gedirəm mən də,
Xilaskar əlEnə bilmək! Dönə bilmək!Ya ayağınla, ya başınla
Poems by other poets
Ramazan gəlib, qış ötdü, yenə çıxdı yaza molla,Keçən ilki macəranı edər indi taza molla.
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,
Qəzəl: Əbləh oldur kim cahan mülkündə daim qəm qılarƏbləh oldur kim cahan mülkündə daim qəm qılar,Ey xoş ol kəs bivəfa dünyaya rəğbət kəm qılar
XoruzYatardıq ağacda şad, bipərva,Nə gəldi düşdük bəlaya, xoruz