Enə bilmək! Dönə bilmək!Ya ayağınla, ya başınlaçata bilmək, dəyə bilməkbu dibsiz gecənin dibinə,bir körpə quş ürəyitəkbu körpə Şamı qoya bilməkbu qəlbsiz gecənin qəlbinə.

Sonra elə hey üzmək,üzən kimi yox, uçurmuştək üzmək,geriyə üzdüyün qədər dəüzürmüştək uçmaq qabağa,sola üzdüyün qədər dəüzürmüştək uçmaq sağa,beləcə, dünyanı ən çox itirdiyin andaqəfil atıla bilməkbu dünyadan bir qırağa.

Elə ora atılıb duran andaqəfil əlində bir əl görmək,o andan bütün canınla o ələ daşınmaq,səni dünyaya dartdığını duymadantək xilaskarın olduğunu düşünmək,o əli öpüb, öpüb o ələ dua eləməkçünhər gecə yenidən bu dünyaya dönmək,dönüb yenidənbu qəlbsiz gecənin qəlbinə enmək.

Sonra yenə üzürmüştək uçmaq,uçurmuştək üzmək sola, sağa,Sonda o əli əlində görməkçünbir daha, bir dahayenidən atılmaq bu dünyadan bir qırağa.

Beləcə, min, milyon illərcəo ələ sevgilərdən doymamaq,heç bir zaman o əlin səni geriyə –dünyaya dartdığını duymamaq.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets