Yanmayan iri gözlü şam
Bu burulğanlı gecənin dibiyləburula-burula gedirəm mən də,gedirəm yerə, göyə, ulduzlara dəyə-dəyə,dəydikcə bu dünyada olmayan bir səsləelə hey çağırıram kimisə,səsimə bir balaca qız əliçıxır gecənin içindən ay işığının əli kimi,elə çıxan kimi də tutur əlimdəndeyir: «Qorxma,bizim gecə olacaq indicə».Qorxmuram, qoxusundan tanıyıramanamın uşaqlıq səsini,bu gecə doğuldu, dil açdı anam,nə vaxtsa doğulacaq körpəsinə«Qorxma» oldu ilk sözü indicə,beləcə hər gecə cocuq anamınkörpə qız nəfəsinin qoxusutəkdoğma gəlir dünya mənə,tutub əlimdən aparır məni o körpə,Aparır zamanların,kainatların arasındakı bir küçəyləbir kainatdan başqa bir kainata,aparır əlindəki yanmayan iri gözlü şamıüzü qabağa, qaranlığa,bütün kainata tuta-tuta.
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-bayatli-oder-yanmayan-iri-gozlu-sam
Use ← → keys to move, R for a random poem
More by this author
Köçən sonuncu bəy qızıydı bəlkə,Sonuncu bəy oğlu da köçəcək...
Allahın ən dümdüz, ən ağ, ən tənha tüstüsüSovet dönəmində günahsız güllələnmə cəzası alanlara*Divarın qoynuna sığınan oğlan,
Şair və şərŞair dedi şagirdinə:– Şer deyilən bir dinə
Ölümün ləzzətli vaxtıXeyri yox, ha küs, ha inci,daha səni adam saymır
Poems by other poets
Bir xəlvətdə fürsət bulub tutasanTər xınalı nazik əlin bu qızın
Başına döndüyümUzun illər arzusun çəkdiyim,Getmə, bəri gəl, başına döndüyüm,
Müxəmməs: Gəlmiş ol alicənabın qasidi istər tüfəngGəlmiş ol alicənabın qasidi istər tüfəngEy gözüm, nəzzarə qıl, bax hər yana axtər tüfəng
Təcnis: Çığrışıb çığrışıb ötən sonalarÇığrışıb çığrışıb ötən sonalarYaşım nədən oldu yarada bilmən