Əbədi heçliklərdən yüksəl,yüksəl, zavallı bəşər,yüksəl, səndələyən canlı məzar,yüksəl, ruhumuzu güldürəcəksərsəm umud,Hər zamanın bir hökmü var,hər hökmün bir zamanı,bir məqamdahər hökmdar bir sərsəri,hər sərsəri bir hökmdar.Yüksəl, sərsərilər sultanı,sultanlar sərsərisi,yüksəl işləməkdənyanğın yeritək qapqara, zavallı bəşər.Yüksəl, bizdən küskün əcəl.

Zavallı bəşərölümdən də səadət umur,insan ən ucayadar ağacından asılanda yüksəlir,eləmi, Əmir Teymur?!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Death