Ağ yaylıq ağ gündü, oğul
Bu dünyadan arzularına çatmadan köçənlərin xatirəsinə
– Qarı nənə, qarı nənə,Ağ yaylığın düşdü, nənə,– Daha nə gözlər var, nə yaşlar,Ağ yaylıq ağ gündü, oğul,Ölüm günündən başlar.-Qarı nənə, qarı nənə,Qırmızı yaylığın düşdü, nənə.-Qırmızı yaylıq toyundu, oğul,Kimi çağırmısan toyuna?Qoy oynasınlar onlarSöykəyib üzlərinibir-birinin çiyninə.-Qarı nənə, qarı nənə,Qara yaylığın düşdü, nənə.-Qara yaylıq ölümdü, oğul,Üşüyürsən, ört üstünə,-Qarı nənə, qarı nənə,Bağlama gözümü, nənə,Bir damla göz yaşı incidir məni,qoy onu ağlayım, nənə.-Gözünün son damlasıdı,oğul, incidir səni,O son damla göz yaşıHələ illərcə saxlayacaqgözlərinin çiçəyini,Qoy örtüm gözünü, oğul.
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-bayatli-oder-ag-yayliq-ag-gundu-ogul
Use ← → keys to move, R for a random poem
More by this author
Şah sarayında doğuldu o,tənha şaha tənha oğul oldu o,
Rəqs edək, rəqs edək doğulandan ölənədəkGəlin rəqs edək, rəqs edək!Hamımız birdən, eyni anda!
Gecə kəpənəyi, gecə şimşəyiÜrəyini ancaq sevgiylə naxışladığından,Bütün günahkarları bağışladığından,
Ölüm – həyatda heç vaxt yüyürə bilmədiyintək yüyürməkElə bil sevinirəm xəstələnəndə hər dəfə,sevinirəm sevgiylə doluram,