Gəlin rəqs edək, rəqs edək!Hamımız birdən, eyni anda!Qoşa istəyənlər qoşa-qoşa,üç-üç istəyənlər üç-üç,tək istəyənlər tək-tək!Rəqs edək! Rəqs edək!Doğulandan ölənədək!

Gəlin rəqs edək, rəqs edək!Hətta ağlayanda, agrıyanda da!Bir an da dayanmadan, durmadan,ayağımızın altından irəli qaçsın,geri qayıtsın zaman.

Qaldırın bələkdəki körpəni də,gözlərindən görürəm bu onun havası!Həm də ilk addımını atma duası.Qalx, bəbə, qalx! Bax belə!Biz görmədiyimiz mələklərləqol-qola, əl-ələ!

Yasaq olsun bundan sonradodaqların öpüşməyi!Rəqs edək! Öpsün bir-birinisevgililərin yerinəçağırdıqca şirinləşən sevgililərin adı,uçduqca sevgiləşənpaltarların qanadı.Öpsün bir-biriniqanadlanan ayaqların səsi,uçan barmaqların nəfəsi.

Hamı göz-gözə oynaya-oynayakeçək ölkələrin, dənizlərin,göyüzünün üstündən də o yana.Keçək bu dünyadanBaşqa bir dünyaya oynaya-oynaya.

Xəbərimiz də olmaz,bizə görünməyən mələklər dəgöyüzündə süzə-süzə,gedərlər bizimlə əl-ələ,qol-qola, göz-gözə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets