Ürəyini ancaq sevgiylə naxışladığından,Bütün günahkarları bağışladığından,Qara torpağın ahıtək çəkilincə torpağınaBaxıb, baxıb deyəcək Allah ona:– Şikayət nədi, ömrün boyubir ah da çəkmədin,bağışlayım ahını, keçim ahından,bir ah da çəkmədin,keç Allahının günahından.

Sən Allahın ən sevimli qəmisən,bu dünyada hamıdan az, hamıdan sonrasevgi gözləyən yetim kimisən,ancaq sevgi yox, gələr ayrılıqlarsərxoş, dalğın,sənsə heç vaxt soruşmazsan:– Bircə qırıq sevgisi yoxmubu qədər ayrılığın?!

İllərcə ürəyində gizlədiyin birnəğmən də olar,tək özünçün oxuyarsan son günündə,eşidib, o nəğmənin eşqindənyıxılar ayağının altına ölümün də,beləcə, sənin də dərdindən ölən tapılar.

O yıxılar, sən qalxarsan yenə,dünyanın eşqdən sərxoş çiçəklərinidərib göndərərsən dünyanın hər yerinə,bütün gecə kəpənəklərinə,gecə çiçəklərinə,

gecə ildırımlarına,gecə şimşəklərinə.

Ancaq sən dərən sevgiylə heç kəsdərə bilməz,həm də bu dünyada heç bir dəlibir də o şəkildə, o gözəllikdəbir kimsəyə göndərə bilməz çiçəkləri.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love