Gecə saat 25:00qısılıb göyüzünün bir küncünəpıçıldaşır iki sevgili yenə.

Gecə saat 125:00pıçıltı gəlir hələ də kainatdan,artıq söz yox, ancaq pıçıltı var.

Gecə saat 1250000....Bu necə gecədi sonsuz?Zaman da yatıb,günəş də yatıb qalıb,çoxdan, lap çoxdan susub qalıbmin illərdi bir-biriylə danışansevgililərin baş daşları da.Az qalıb bu dünyanın sonuna,pıçıltı gəlir kainatdan yenə,danışır hələ dəTanrının ətəyinə qısılıb sevişən səslər.

Nöqtə qoyub bu dünyanın son gününətəzə dünyanı başlamaqçünmin ildi, milyon ildi qalxa bilmir Tanrı,baxır, qıymır,qalxsa sürüşüb düşə bilərətəyinə qısılıb sevişən səslər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets