Gül düzəldirəm adamlardan
Gül kimi qoxlamaq istəyirəm adamları,odu ki, gül düzəldirəm adamlardan,ancaq gül olmaq istəmirlər adamlar,onda adam düzəldirəm güllərdən,Deyirlər, güldən adam olmaz,Allah gildən düzəldib adamları,sən də gildən düzəlt,gildən düzəldirəm adamları,şer deyirəm, şer yazıram onlara,ancaq məndən şer yox, gil çiçəkləristəyir gil adamlar,gil çiçəklər düzəldirəm gil adamlara,gil çiçəkləri gil qızlara aparır gil oğlanlar,elə gil çiçəkləri görən kimigil uşaqlar doğur gil qadınlar...Bəlkə Allah da istəmir gül adamları,Bəlkə gil qoxusu xoş gəlir Allaha,odu ki, bir ucdan artırır gil adamları?!Ancaq, Allahım, mən gil qoxusu yox,gül qoxusu istəyirəm,təzədən adam düzəldirəm güllərdən,gül yollar, gül evlər düzəldirəm onlara,gül içkilər düzəldirəm gül şairlərə,gül həbsxanalar düzəldirəm gül düstaqlara,ancaq, deyirlər , güldən yox, gildəndüzəlt bizi,deyirəm, dayanın, heç olmasa son dəfəgil olmamış, gül kimi qoxlayım sizi,qoxlayıram, bir də, bir də lap dərindən də,İlahi, neyləmisən bunlara,gil olmaq istəyə-istəyə, «gil» deyə-deyə,gil iyi gəlir güllərindən də?!..
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-bayatli-oder-gul-duzeldirem-adamlardan
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Divine love
Sürmə çəkmiş siyah çeşmi-mestinəSəhab altdan çıxıb mahım oynasın
Gecə ta sübhədək fəryad edər könlüm cərəslər təkGecə ta sübhədək fəryad edər könlüm cərəslər tək,Nola fəryadə yetsən sən də bir fəryadrəslər tək.
Onun vəfatı tarixiSöylədi tarixiniOna tapan bir ozan
Allah naminəRoma papasınaEy qəlbi Tanrısının eşqiylə çarpan papas,