(son şahanə uçuş – poema)

Son Tərəkəmə elatımızın, Tərəkəmə ellərimizin xatirəsinə – Göyüzünə son dönüşünə

Atlarının belindəhər yaz yerüzündən göyüzünə dönən,hər payız da göyüzündənyerüzünə enən kəndimizdənyığıb arardılar atları bir günbir daha bir kimsəningöyüzünə qalxmamasıyçün,Otuz yeddidə də,yerüzündən beləcə yığıb aparmışdılargöyüzünə baxan adamlarıbir daha bir kimsəningöyüzünə baxmamasıyçün,Beləcə, göyüzü gizlədilmişdi yerüzündən.Qayıdan olmuşduGöyüzünü unudan adamlardan –ancaq görünür,göyüzündən də o yanaaparmışdılar atları,qayıtmadı atlardan heç biri.Həm də görünür, adamlardan daha çox,qorxurmuşlar atlardan,çünkü atların belindənaydınca görünürdü necə gizlədilir göyüzü,həm də atların belinə qalxmaqdünyanın belinə qalxmaq,

göyüzünə çevrilmək kimigörünürdü atlılara,beləcə, insanın at belindəyerüzünə, göyüzünəhəm də Allaha ən çox yaraşdığı vaxtməğlub etmək mümkün deyildi onları,onları məğlub etmək yox,bir şeytani dönəm, bir şeytani çağgöyüzündən endirib,məhv etmək olardı ancaq.

Beləcə, atların dalıncakişnəyə-kişnəyə qaldı dağlar,kişnəyə-kişnəyə qaldıüzəngilərdən düşən kişilər,dəli atlarının burnudəli şimşəklərin gözünü deşən kişilər.Cilovları dartılı qaldıatlarla ötüşən cığırların,dodaqları uzalı qaldışaha qalxan atların alnındabir-biriylə öpüşən buludların.

Atlar gedəndən sonradaha buludlardan yuxarıqalxmırdı dağların başı,elə bil adamlartəkdağlar da düşmüşdü atlardan,yorğun, qəmli, ağlar görünürdüzamanın yollarındapiyada qalmış qoca dağlar.

Son günlərinin birindəüstümə axıb gəlirdi ilxı,mən də ilk yol ilxı görən

cansız aran uşağı,elə bildim indicəüstümə gələn atlarındırnaqlarında qalacam.Ancaq sən demə,uşaqları da adam sayırmış atlar,mənə çatar-çatmazburulub ötdülər yanımdan,Nəhəng, ancaq ağıllıbir canlı kimi axırdı ilxı,tək bir canlı kimidüşünürdü, qaçırdı,nəfəs alırdı ilxı.

Atlar! Atlar! Qardaşlar!Mən sizdən öyrəndim insanlığı,siz adamlardan daha yaxın idinizbuluda, yağışa, göyə,siz daha çox yaraşırdınıztorpağa, daşa, suya,ona görəmi apardılar sizi?!

Siz dağların, düzlərin,yolların qanadıydız,ona görəmi apardılar sizidağların, düzlərin uçmağını,yolların qaçmağını görməyən adamlar?!

Apardılar siziuça bilməyən, qaça bilməyən bıçaqlar,boylarından yuxarıqalxa bilməyən qorxacaqlar.Bəlkə də apara bilməyiblər sizi,yarı yolda qaçıb qarışmısızbu dünyada başsız qalmış bir dumana,

o dumanın içindəqaça-qaça qanad açmısız,uçub girmisiz buludlara.İndi yəqin,göyüzünün mavi çəmənliklərindəqoxlayırsız ulduzlarıtəzə çıxmış çiçəklər kimi.

Ancaq hərdənonları dustaq saxlayantikanlı, uca hasarların üstündənatılıb gələntəkillərin üstündən atılıb gəlirbaşı kəsilmiş atlar,atılıb gəlir, qan fışqırıratların kəsik boyunlarından,fışqırır yəhərlərin, cilovların qanı,fışqırır dördəmə gedəndəcana sevgitək yayılan qamçının qanı.Məni qorumaqçündövrəmdə elə dayanır başsız atlar,bir damla qan da düşmür üstümə.Mən hələ də uşağam onlarçün,bilirlər böyümüşəm,ancaq cansız, gücsüz adamam hələ də,Tanrısını tanımayan adamlarıntapdağından, dırnağındanqorumaqçün məniaşıb gəlir onlar illəri.Yəqin bilirlər,bir zamanlar təkcə mənağlamışam onlarçün,bilirlər bu güntəkcə mən qalmışam yerüzündəo atları düşünən,

o atlarınson xatirə şəkliyəm mən,əllərində,bellərində gəzdirirlər məni.Gözləri yox baxalar,burunları yox qoxlayalar,məni necə tanıyıb onlar,bir Tanrı bilir.Bəlkə hələ də uşaq qalmağımdan,uşaqlıq qoxumdan tanıyıblar,bəlkə o zamandan indiyəcən,canımda gizlicə gəzəno doğma qorxudan tanıyıblar.Canım! Tanımaq nə boydan-buxundandı,nə gözdən-qaşdan, nə qorxudandı,Tanımaq ancaq Tanrıdandı!

Başım boynu vurulmuşbir atın çiyinlərində,boynu vurulmuş atındüşüncəsi beynimdə,ağrısı canımda,Əvvəl-axır anamız torpaq çəkircanımızdan bütün ağrıları,Ancaq gedib ayağımacangeriyə qayıdır bu ağrı,torpaq da götürmür bu ağrını,deyir: İnsanoğlu,məndə dözüm qalmayıb daha,bir az yumşalt bu ağrını,sonra ötürərsən mənə,sən məndən dözümlüsən,dostlar da bu fikirdədi, Tanrı da,çəkdiyim bəlalardan hələ ölməmişəmsə,düz fikirləşirlər demək,

demək çox dözümlüyəm mən.İndi də mat qalıram özüm-özümə.Canımda dolaşıratın da dözə bilmədiyi ağrı.Düşünürəm, insan yox,ağrı necə düşünərsə,atın, insanın, torpağın çatlayan bağrınecə düşünərsə,bax eləcə düşünürəm.Birdən şaha qalxır canımdavurulan boyunların,kəsilən başların ağrısı,şaha qalxıb qaldırır məni,ağrının göyüzündən baxıb görürəmgöyüzünə qalxan atlarınqanlı qanad izlərineçə illərdi qalıb qızarır göyüzündə,tez əllərimlə, ayaqlarımlacanımdakı ağrılarıcanlı bir varlıq kimi tuta-tutapozuram, pozuram o izləri,göyüzündən itirirəm,o qanlı izləri görübqorxa bilər göyüzünə qalxan cavan ruhlar,Həm də qorxuram o izlərin üstüyləruhların yurduna daqalxa bilər adamlar.Silib qurtarıram o izləri,indi arxayınam,göyüzünün mavi çəmənliklərindəverib atlarla baş-başa, alın-alınamin illərlə ordarahatca otlayar adamlar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets