Ədalətin sazının bir teli
Qışılmışdı iki yetim bir-birinə,Leyli saz qısılmışdı Ədalətə,Məcnun qısılmışdı Leyli qəbrinə,iki qərib qısılmışdıhaqqın ürəyinə, haqqın qəlbinə.
Nə çox istərmiş özünü!Gördüm Ədaləti mən də,Gördüm hamıdan gizliSazının bir telində«Can» deyirdi özünə,«Can» –deyirdi sazına.Can bizi udacaq,uçurdacaq uçurumlara!Qanadlandıracaq haqlara!Can candan əziz şəhidlərimizinüz qoyduğu torpaqlara!Elə üz qoyan andacasevgidən ağlayacaq üzlərə!Can «Can» sözü eşitməyənyetimlərə, yalqızlara!
Can bir günlüyə, bir aylığagözümüzə görünəcəkdünya adlı sevgiyə,dünya adlı ayrılığa.
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-bayatli-oder-edaletin-sazinin-bir-teli
Use ← → keys to move, R for a random poem
More by this author
Şair başı – şair xaşı,Şair ürəyi yeyənlər
Tanrı tramvayındaBir qəm ayındaqucağında uşaq bir qəmli ata
Tanrım, iki kor göz də ver, ancaq səni görüb yazmağaTanrım, bu qocaman uşağaən şux qəmin qələmini ver
Savalanım – Tanrı dağımYerüzü – göyüzündə kiçicik bir nöqtə yox,göyüzünün kiçicik bir nöqtəsi!