Bir qəm ayındaqucağında uşaq bir qəmli atayuxlaya-yuxlayagedirdi Tanrının tramvayında

Söykəyib üzünü soyuq şüşəyəÜşüyə-üşüyə üzündə qəmiAtanın üzünə baxırdı uşaq

O yuxulu üzü görəndən sonraO sevgili uşaq, o çiçək uşaqHeç zaman, heç yerdə ağlamayacaq

Dar gündə, xoş gündə yarıyan mələk,Ata yuxusunu qoruyan mələkUşağın üzündən göründü mənə.

Atalar yorulub vaxtsız yatanda.Divansız yatanda, taxtsız yatanda,Başının üstündə ulduz yatandaQəmin uşaqları oyaq olarlar.

Beləcə, beləcə,bir qaya yanında, bir daş dibindəbir çiçək ayılar bir gecəyarı,baxar, baxar görər yatıbdı hər yan,baxar, baxar, baxar, qəflətən qorxar,o yumsa gözünü hər şey yıxılar,o balaca çiçək,o körpə çiçəkyummaz gözlərini səhərə kimidünyanı ölümdən qoruyurmuştək.

Tanrıya xoş gələr çiçək düşünən,çiçək düşünəntək olar bu dünya,dünyanın gedişi qalar yarıda,o qədər sevinər,dünyanı ilk yolçiçəyə tapşırıb yatar Tanrı da.

Yatar bu dünyanın göyündə quşu,suyunda balığı, dağında daşı,çiçəyin gözündə özü bilmədənonu qoruyantək o baş bu başagəzər səhərəcən bir damla yaşı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets