Göyümüzün bu başından o başına
Bu yerişlə, bu duruşlaqarış-qarış hara gedirbu gedən atlı qarışqa?!
Bu gedən atlı qarışqatəzə bitən otlardan da,təzə bitən daşlardan da uca,nə xəbərimiz var bəlkə o,min illərdi yol gedənbu qara daşdan da qoca,bu qara yoldan da qoca.
Bu dağların göyü quş qanadından,bu torpağın gözü at nallarından,çiçəklərin üzü ay işığından,doymaz, könlüm, doymaz,Bu gedən atlı qarışqa yollardan doymaz,kəsər-keçər ömrümüzü,aylardan doymaz, illərdən doymaz.
Qarış-qarış, tappır-tuppur,hara gedir bu qarışqa?!Hər gün yəhəri, cilovu,ovu, ovsunu bir başqa.
Bu gedən atlı qarışqa,atı qanadlı qarışqadünyanın bu qara daşındano qara daşına gedir,göyüzünün bu başındano başına gedir.
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-bayatli-oder-goyumuzun-bu-basindan-o-basina
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
Gəraylı: Ellər yaylaqdan qayıtdıEllər yaylaqdan qayıtdıNə yatubsan, oyan yarım
GərəkLəhzədə ləl eylər insan həyatı,Lütfü kərəm olub gələsən gərək.
CananımınFələk rəğminə bir nəzərGörsəm üzün cananımın,