Bu dünyadan bezə-bezə,bir gün də bezib bu candan,özümü atdım dənizə.Can nə gəzir boğulmağa?!Bu can başdan ayağaqəmmiş, sevincimiş ancaq,sevincim üzmüş sahilə,qəmim incimiş ancaq.

Qəmim kəm, dolmayıb, azmış,bu qəm bu canda az gəzmiş,day küsməsin, inciməsin,dursun doyunca gəzməyə,Bağışla, gec duydum, Tanrım,bu can deyilmiş, dənizmiş,bu qəm də sənin gəminmiş –min illər məndə üzməyə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring