Bir eşqli gecə var, keçilməz, könül,durub qəm çəkincə, get, ara, barı,düzülüb gecəyə qəmli gözləriərköyün, ağlağan gitaraların.

Adamlar isnişər biri-birinə,Könüllər tək qalmaz, nəğmələr yalqız,yerdə də, göydə də hər şey sevişər,bir gitara oğlan, bir gitara qız.

Hər sevgi sözünə bir çıraq yanar,Nəğmələr söndükcə sönər çıraqlar.Hər nəğmə içindən ayrılıqlaraSaçları dağınıq bir gözəl çıxar.O an hər nəğmədən bir dəli oğlanqaçar bir ünvansız qatara kimiAlıb küləklərdən bir qız teliniBasar sinəsinə gitara kimi:– Göz yumub açınca keçər bu dünya,Göz yumub açınca keçər bu gecə,Hər şey, hər şey göz yumub açınca!Göz yumub açınca mən səni sevdim,Göz yumub açınca səni unutdum,qapama, qapama kipriklərinigöz yumub açınca bitəcək dünya,əl-ələ, göz-gözə durmasaq bu ancanımdan sürüşüb itəcək dünya.

Tanrım, nə tez bitdi! İlahi, nə tez!Qurtardı son inad, sonuncu tövbə,Göz yumub açınca keçdi bu dünya,Nə qədər aşiqi oxutmadılar,Nə qədər qəribə çatmadı növbə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love