Siz də, siz də,axın, itin bir-birinizdə,axır itir su suda,torpaq torpaqda, ot otda,göy göydə, bulut bulutda,ləçəklər ləçəklərin,güllər güllərin altdaöpüşlər öpüşlərin,tellər tellərin altda.

Qolların quca çağında,dillərin beçə çağında,yanağında, dodağındaballar balların üstdə,ballar balların altda.

Bir min il də sarılalım,bir min il də lal olalım,sözü ancaq lal dillərləlal dillərdən alalımdillər dillərin üstdə,dillər dillərin altda.

Yer də göyün yarıdı,eşqi yağışı, qarıdı,hər iki dünyada daancaq eşqə sarıdıyollar yolların üstdə,yollar yolların altda.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring