Eşqdən civildəyən hər şey "ancaq məni sev" deyirmi?
Hər şey boz-bulanıq, lil,hər şey can ağrısı yenə,nə pis başlandı bu min il,dur, tez qanadlanaq, uçaqbaşqa min ilin göyünə.
Uçaq, uçaq, yorulandaqonaq göyün yaxasına,milyon illər göyüzündəyan-yana yatan dağlartəkgedək eşq yuxusuna.
Gedək eşq yuxusuna,quş yuvada olantəkəlin əlimin içində,ancaq əlindən tutmadan,əlim belinin içində,ancaq belindən tutmadan.
Unudaq unutmadan,ayrılaq ayrılmadan,nə vaxtsa eşq yuxusununyuxusundan ayılsaq da,eşqindən ayılmadan.
Arabir də baxaq, görək,yer, göy əvvəlki deyilmi,eşqdən civildəyən hər şeyyenə «ancaq məni tap»,yenə «ancaq məni öp»,«ancaq məni sev», deyirmi?!
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-bayatli-oder-esqden-civildeyen-her-sey-ancaq-meni-sev-deyirmi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Məndən özgə gözəl yarımQədr-izzət bilən olmaz
TəcnisQəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
Səni sevdim ki...Mən səni sevəndə yaz havasıydı,neyləyim, taleyin gözü tökülsün.
Rüfəqadan birinin məktubuna yazılan məhəbbətnamədirEy namə, sən ol kuyi-vəfadənmi gəlirsən?Ey peyki-bəşarət, o səmadənmi gəlirsən?