Sən də eşqdən güldün, oğlan?!
Lap indicə səndin ölən?Son anında səndin gülən?Sən də, sən də eşqdən güldün,Sən də eşqdən öldün, oğlan?
Ölümü eşqlə aldadanÖlüb ölümü balladan,Ölümü də sevgi dadan,O səndinmi, səndin, oğlan?
O səndinmi, sənmi öldün?Nəfəsini zəncir bildin,Bilən kimi qırıb gəldin,Sən də eşqə gəldin, oğlan?!
Həm vardın, həm yoxdun ancaq,Doğulandan ruhdun ancaq,Bəs bu qəbrdə kim yatacaq?Sən də qəbrə girdin, oğlan?!
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-bayatli-oder-sen-de-esqden-guldun-oglan
Use ← → keys to move, R for a random poem