Zalım qızı! Üzün ay işığıyla dolub,gözlərin göz yaşıyla.O gəlin qayanın yanında durma!

Yarpaq-yarpaq ləpələrin xışıltısıylao zalım qızınıaldatma, gəlin qaya!Düşərsən bəlaya.

O yaşıl qayığınaYanaşmaram, gəlin dəniz.Gəlin dəniz! Gülüm dəniz!Şeytanın üzü gülür-sularının üzündə!

Saçım qaranlıqlardan,üzüm, gözüm ay işığı,bu dəqiqə bir də təzədənçıxsam qaranlıqlardan,qəmli-qəmli baxsam üzünə-bəlkə də əsmər üzlü o zalım qızıyalansız da sevər məni.

Çəkilib getməsin saçımdan qaranlıqlar,Üzümdən, gözümdən ay işığı,bəlkə də sabah,bəlkə də heç vaxt sevməyəcəklər məni.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets