Nə yaxşı tanış olmadıq onda,Tanış olub sevişmədik nə yaxşı,Nə yaxşı sevişib, sevişibsevgidən ölüb bu dünyadasevgi andı, sevgi Allahı olmadıqdosta, yada.

Nə yaxşı səninlə ondaHeç baxmadan keçib getdik,Nə mən dindim, nə sən dindin,Nə yaxşı gül aparmıram sənə indi,Nə yaxşı sevgi üçün ölən bu gülsənin gülün deyil,Nə yaxşı əlimdə sevilən bu əlSənin əlin deyil.

Nə yaxşı görüşməyəcəyik bu dünyada,Görüşməyəcəyik heç dünyanın sonunda da,Heç Allahın yanında da.Nə yaxşı düşməyəcəyik heç Allahınyadına da,yadına düşüb Allahın sevgili qızı,sevgili oğlu olmayacağıq nə yaxşı,Heç zaman heç yerdə heç bir şəkildəbir-birimizçün bir dədoğulmayacağıq nə yaxşı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love