Bu duman hardansa azıb,gəlib mənə sığınıb,yazığın dağın gəzirəm,bu qar xoşuma gəlmir,sinəsindən öpməyəqardan ağın gəzirəm.

Göyüzündə qaça-qaça,hara gedir bu uşaq?!Bu uşaq hamıdan qoca,xəbəri yox qaçdıqca,sınır göyü, sınır yolu,xəbəri yox,ürəyi sınıq sevgiylə,ovcu sınıq göylə dolu.

Toxunuram sınıqlara,sınıqlar quşlara dönür,ürəyim bir ovuc dənə,quşlar ürəyimə qonurürəyimi dənləməyə.

Ay uşaq, dəymə, dəymə,qoy dənləsinlər, ay uşaq,bax, duman baxır, sən də bax,bu qoca indi uçacaq,

gözləri göyüzüylə,canı uçuşlarla dolu,ürəyin quşlar dənləmiş,içi quşlarla dolu.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets