Tanrım, bu göy xoşuma gəlmir
Bu göy xoşuma gəlmir daha,Daha torpaq yeyə-yeyə böyümür şahlar,Daha dünyanı tumtək çırtlaya-çırtlaya,tumurcuqtək duya-duya, anlaya-anlaya,ulduzların yanından çığıra-çığıra,banlaya-banlaya böyümür uşaqlar.
Baxıb ay işığına dırmaşan uşaqlara,ulduzlar da sallaşıb ay işığındandaha düşmür yerüzünə,daha ay işığı da elə bilsevgi kimi, eşq kimi səpilmirçiçəklərin, ürəklərin üstünə.
Daha ay işığı altındabir kimsə dönmürməzhəbindən, dinindən,daha heç kəs dəli olmurheç kəsin dərdindən
Bəs indinin insanlarınecə çiçəyi olur bir-birinin,necə gülü olur, İlahi,bəs indinin aşiqləri,necə dəli olur, İlahi?!
Ya da hamı ağıllıysa,ağıllı arvad-uşağı,Tanrım, son dəli toxumutəkbaşqa bir göydə bitməyəməni bu göydən sal aşağı.
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-bayatli-oder-tanrim-bu-goy-xosuma-gelmir
Use ← → keys to move, R for a random poem