Bu min il də tənhalıq minilliyi,Bu əsr də tənhalıq əsridi.Hamı onun əsiridi,Fərqi yox, yetim-yesirdi,ya şah oğlu, şah qızıdı,Hamı tənhalar tənhası,yalqızlar yalqızıdı.

Hamı doğulduğu gündənaxır üzü tənhalığa,azdırır ağrı, acını,azdırır dostu, düşməni,övladı, qardaş-bacını,özü çıxır tənhalığa.

Tənhalıq özünü sevmək,həm də, həm də aldatmaqdı,həm də heç vaxt görmədiyin,ancaq ruhunla duyduğunbir dünyaya can atmaqdı.

Sən də, sən də durma daha,Can at ruhunla sevməyə,Sevib sonda aldanmağa,Sən də sıçra, heç olmasa,bir anlığa, bir günlüyəqanı göyə axan oxa,göydə göllənən gülləyə.

Canın oxla çitənincə,eşqlə, sevgiylə dolunca,

Oxlar lələyə dönüncə,Qalxarsan uça-uçaTanrıdan da ucayaoxu lələk edən Allahsənin üstündə olunca.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets