Harda qızıl var, qan iyi gəlir ordan
Harda ilan var, qızıl var ordaharda qızıl var, hakimiyyət var orda,harda hakimiyyət var,tavanı süngüdən, divarı oddanqan iyi gəlir ordan.
Harda qızıl var, ilan var orda,orda ilanlarla yan-yana, can-canaqıvrılıb yatır adamlar,orda qızıl yumurtlayır, artır adamlar,Qıvrıla-qıvrıla, yata-yata,fısıldaya-fısıldaya qohuma, yadaitir, itir adamların əlləri, ayaqlarıitir, itir adamların barmaqları, dırnaqları,adamlar bir-birinə dolaşa-dolaşa,bir-birini aşa-aşayeriməkdən keçirlər sürünməyə,sürünüb, sürünüb, qəfil sıçrayıb göyəgöyüzündən yeni günəş kimi görünməyə.
Bir də yerə düşüncə görürlərnə qızıl, nə gümüş,göyüzündən görünəcək günəşöz ölümləriymiş.
Harda qızıl var ilan var orda,orda ilanlarla yan-yana,can-cana qıvrılar, yatar,ilanların canında itər adamlar,itər ilanlarazəhərli diş düzəldənilanlardan betər adamlar.
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-bayatli-oder-harda-qizil-var-qan-iyi-gelir-ordan
Use ← → keys to move, R for a random poem