Mənə belə baxma, xanım,nəfəsim itir canımda,nəfəsdən sərxoş oluram,gözlər alır,kipriklər salır qəfəsə,qəfəsdən sərxoş oluram.

Mənim sevgim də qəribə –hey öz-özümə gülürəm,sevdim, məni bağışla,heç nə bacarmıram başqamən ancaq sevə bilirəm.

Bir daha bax, gizlət məni,qəfəsində yox elə,mən azadlıq istəmirəm,qəfəsinin millərinikipriyindən də sıx elə.

Sıx, mil milə yapışana,mil millə öpüşənə,bir nəfəs alana qədər!Həfəsin millərə veribmin illər nəfəssiz uçanbu candan sənə sevgilər!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love