Hələ ki, hər an yenidən deməyə ehtiyac var:

Tanrı insanı göyüzüyçün yaradıb, ən sonda onsuz da o gəldiyi yerə – göyüzünə qayıdır. Yerüzü isə tək bizim yox, bütün kainatın İbadət Yeri, Möhürdaşıdır, biz əslində dua edərkən, namaz qılarkən yerüzündə yox, Göyüzündə diz çöküb alnımızı bütün Göyüzünün Möhürdaşına – Yerüzünə qoyub bütün kainatçün dua edirik.

Özünüzdən xəbəriniz yox, bir gün Siz də anlayacaqsınız, görəcəksiniz göyüzündəsiniz, hamınızın qanadı var.

Mən əvvəl-axır Sizi Güladama – Göyadamına çevirəcəyəm, giladamlar.

Sənət xəyallar üstdə qurulur, ancaq sonda həqiqətdən üstün həqiqət yaranır.

Göyüzünə qonan quş

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love