Ən çox kim sevgi kimi?!Ən çox kim yalqız bu dünyada?!Ən çox kim bənzər yalquzağa?!

Hər gün sevgi günü!Sevgi günü yaşamaq boş şey!Sevgi günü sevgiylə can vermək,birdən-birə vurulantək birdən-birə ölmək!

Heç vaxt bu dünyada olmayan, olmayacaq,qanadlı yalquzaq bir daxma var,ulduzların arasından tutub uçurdunmənə sarı,sizin olar dirək-dirək göyüzününiri gözlü, uzun kiprikli ulduzları.

Uçurdun mənə sarı yalquzaq Eşq dağını da,yaxasında son eşqli daxma,o daxmanın içində dünyanın ən doğma üzü,ən doğma səsi,ancaq qoymayın o daxmanı, o üzü, o səsigöyüzündə dizin-dizin yüyürübməni qucaqlamağa,utanıram doğmalıqdan,ən çox da sözün, səsin, üzün doğmasından.

O daxmanı uçurdun mənə sarı,elə-belə uzaqdan baxmağa,bu dünyada doğma nə var hamısınabaxıb uzaqdan-uzağa

torpaq sünbül bağlayantəkgöz yaşı bağlamağa.

Ən çox kim xıncım-xıncım, dağım-dağım?Ən çox o tək, tənha, yalqız bu dünyada!Ən çox o bənzər yalquzağa!Ən çox o sevgi kimi!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love