Taleyimizin ağır qapısı
Ayaqyalın, başıaçıq bir uşaqHər gecə üşüyə-üşüyə döyür qapımı;Uzandığım yerdən görürəmağlamağını onun,Qapını yaralı diziylə vurmağını görürəm.Açmaram qapını,bilirəm mən açan qapıdan keçsə,Sabahdan dünyanınən ağır dərdi gözləyir onu.
Doğma dərtdibu gecə yarısı qapımı döydürən,qan çəkən kimi dərdin doğması daçəkir adamı,eyni qapını döyür eyni taleli adamlar,İnsan özü bilmədənuşaqlıqdan beləcə can atır doğmalığa.
Biz gedirik, taleyimiz qalır bizdən sonragələnlərə.Dəyişən insanlardı, talelər qalır,Musa elə İsadı, İsa elə Məhəmməd,Ancaq bir azca yeri dəyişir talelərin,Bu bir qarışıq yuxudu, heç kəs bilmirkim kimlə alışıb, sönüb, yanıb,kimin taleyi kimin taleyilə dayanıb.
...Bir zamanlar mən də ayaqyalın, başıaçıqbeləcə döydüm bu qapını hər gecə.Üzünü görmədim qapını açanın ancaq,üzünü görmədiyimiz adamlar açırtaleyimizin ağır qapılarını.
Kimə, hansı qapını açmışıqbilmirik heç biz özümüz də,açdığımızı sandığımız qapılarbağladığımız qapılardı bəlkə.
Hər gecə bir uşaq üşüyə-üşüyəyumruğuyla, diziylə döyür qapımı;Mənim də zamanım gəlir, balaca,Döy qapını, açılacaq qapı dalımca.
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-bayatli-oder-taleyimizin-agir-qapisi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Fate
کدورت نصیب روان عدو شد
شد ملول از خرقه ازرق دل من، چون کنم؟ساقیا جامی بده تا خرقه را گلگون کنم
Dila, minnət çəkincə hər vəfasız aşinalərdənDila, minnət çəkincə hər vəfasız aşinalərdən,Yaxınlaş dərgəhi-həqqə, uzaqlaş bivəfalərdən.
تا ترا گرد مه از مشک سیه پرهون بوددر تمنای رخت جان و دلم مرهون بود