Öpürəm telindən, ey üç kəlmə söz
Yatar, yuxusunda bir gənc dənizçidurmadan elə hey kiməsə deyər:-Unutma! Unutma! Unutma məni!Bəlkə göyə deyər, bəlkə ulduza,bəlkə bir ölkəyə, bəlkə bir qıza,bəlkə bir ağaca, hardan biləsən?!
Yumdum gözlərimi, nə sirdi, Tanrım,o dəniz də mənəm, o dənizçi də.Gah dəniz oluram, gah da dənizçi,gah qayıq oluram, gah da qayıqçı,gah balıq oluram, gah da balıqçı.
Məni udur illər, unudur illər,ayrılıq dayanır hər udacaqda.İstər nəğmə söylə, istəsən şeir,xeyri yoxdu, canım, kimin alnınaunutmaq yazılıb, unudacaq da.
Unudub gedirəm dünyada nə var,hər şey də, hər kəs də məni unudar,Səni and verirəm o lal dilinə,ey göy titrəməsi-ey ilk məhəbbət,bircə sən, təkcə sən unutma məni.
Cavabın «hə» olsun, ya da «yox» olsunlap cavabsız olsun, lap əzab olsun,öpürəm telindən, ey üç kəlmə söz-mən səni sevirəm.Heç zaman, heç yerdə unutma məni,
dilimin sehirli o üç kəlməsi-mən səni sevirəm, unutma məni.
Kimin əlləridi səssiz-səmirsizarxadan yumşaqca yumur gözümü:-Deyən tanımadın? Mənəm, həmən qız!Çox gözlətdim səni, qurbanın olum.-Lap sevgi də olsan, ölüm də olsan,sən çox tez gəlmisən, qayıt geriyə,mən hələ sevgidən çox az dəliyəm,səni tam dəlitək sevməyim üçünmən hələ min il də gözləməliyəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-bayatli-oder-opurem-telinden-ey-uc-kelme-soz
Use ← → keys to move, R for a random poem
More by this author
Bir göz yaşında azmışam,üzlə axıram aşağı,
Min illər hər an unut, hər an yenidən sev məniBirdən qəfil çıx qarşıma,birdən qəfil sevgilim ol,
Sevməkdən çox sevilmək istəyir hamıSevməkdən çox,sevilmək istəyir hamı,
Səni unutdum, "məni unutma" deyən göz yaşını düşünürəm min ildiBiz bir-birimizi bağışlaya bilərik, ancaq o böyük eşqi məhv etdiyimizçün Allah bizim heç birimizi bağışlamayacaq*«Məni unut!» – dedin,