Min illər hər an unut, hər an yenidən sev məni
Birdən qəfil çıx qarşıma,birdən qəfil sevgilim ol,dol qəlbimə, dol başıma,son sözüm ol, son gülüm ol.
Birdən yenə sınağa çəkoda, alova tut məni,birdən qəfil sevdiyintəkbirdən qəfil unut məni.
Unut yenə qarşılaşaq,ötək keçək tanımadanməni göstərsin bir uşaq:– Qəmə oxşayır bu adam,Özü də gülməli qəmə.
«Kimə oxşar bu qəm, kimə?!»Dön minillik sevgiylə bax:Bu qəm niyə qəmli deyil,gülməlidi bu qəm, Allah?!
Gülməyi də qəmdən öyrən,həm də min illər sevməyi,min illər hər an unut,hər an yenidən sev məni.
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-bayatli-oder-min-iller-her-an-unut-her-an-yeniden-sev-meni
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Müshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,
Kuyini xunabeyi-çeşmimlə nəmnak eylərəmKuyini xunabeyi-çeşmimlə nəmnak eylərəm,Kipriyimlə asitanın gərdini pak eylərəm.
Ey bivəfa, qoyubsan əcəb qalə tək məniEy bivəfa, qoyubsan əcəb qalə tək məni,Hicran odun əhatə edib halətək məni.
Əvvəla şərti-gözəllikdə kamal olmalıdırƏvvəla şərti-gözəllikdə kamal olmalıdır,Saniyən qaideyi-hüsnü camal olmalıdır.