Ancaq, ancaqgöyüzünün dar ağacındandoğulur şairlər.Əzablar, qəmlər doğmur,Qılınclar, qələmlər doğmur şairləri...

Ömrü boyu o dar ağacı altındaYaşayır, yazır şair,Qəfil sevgiyə hazır olantəkHər an qəfil ölümə hazır şair.

Hara gedirsə getsin,gedir başı üstündədar ağacı şəklində mavi göyüzü,yaza-yaza boynundakıgörünməyən mavi kəndirihər gün bir az, bir azdartır, dartır şairin özü.

Kim bilir bəlkə dəheç yerli-dibli yoxdu dar ağacı,Kəndir Tanrı sevgisitəkgöyüzündən uzanır,Tanrının əlindədikəndirin son ucu.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets