Soyuğu başladı yetim bir məmləkətin,Keçən ilin soyuğu qıçındakasıb qaçıb gizlənmişdicındırının içində.Soyuq ayı dərisindən də keçirdi,kasıbın cındırından keçmədi,-Gözümüz aydın! Kasıb soyuqdan küsüb!Qapılılar bağladı qapısın,pəncərəlilər pəncərəsin:özləri bilərlər-kasıb soyuğun, soyuq kasıbın.

Hamı qaçıb gizlənəndə,çəkiləndə bu dünyadanhətta şeytanın da ayağı,sınıq pəncərələrə tutulmuş qəzet kimişairlərə gəlir dünyanın soyuğu.

Donurdu Hadinin əlləri,Qapılılar qapısın bağlamışdı,pəncərəlilər pəncərəsin.Buzdan, şaxtadan yollar da qalın,Qara torpaq da qalın, qalın,üstündə nə qəbir qazılar, nə dua oxunar,-Allah da bağlamışdı o dünyanın yolun.

Bir atlı keçirdiAllah bağlayan, dərd açan yoldan,atlının bığları eşmə,dərdin yolları sürüşkən,-Canım atlı, gözüm atlı,bu dünyanı keçməyə

ya bu atı bağışla,atı bağışlamırsan,atın ağzındakı odu bağışla.Odu da bağışlamırsan,gəl, bu bığları bir də eşmə!

Donurdu Hadinin əllərisəsinə at dayandı,atın ağzında od dayandı,Atlı qamçıladı atı,od çıxırdı atın ağzından,Donurdu Hadinin əlləri,qaça-qaça saldı əlini atın ağzına,Atlı qamçıladı atı,At qaça-qaça yumdu ağzını.

Donurdu Hadinin əlləriÇıxartdı ürəyinin yanındansata bilmədiyi şeirləri,od vurdu şeirlərəsaldı əlini odun içinə,orda əli ürəyinə dəydi,orda ürəyi əlinin içində,əli ürəyinin içindəydi.

Şeirin odu axıb, axıb isitdiçölləri, dağları, məzarları da,isitdi ölümsüz məzarlarınölümsüz etdiyi bu ulu yurdu,... O anda, yurdun bir qırağındaqalxıb ulu məzarından Mirzə Ələkbərciyərinin qanını yuyurdu.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets